Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Azərbaycan kino sənətinə dair maraqlı materiallar qorunur.

Bu materiallar arasında 1955-1957-ci illərdə Bakı kinostudiyasında çəkilmiş filmlərin kadrlarından ibarət albom da var. Bu barədə muzeydən məlumat verilib.

İllüstrativ nəşrə 1955-ci ildə çəkilmiş “Bəxtiyar” və “Görüş”, 1956-cı ildə kinostudiyada lentə alınan “O olmasın, bu olsun”, “Qara daşlar”, 1957-ci ildə çəkilmiş “Bir məhəllədən iki nəfər” və “Qızmar günəş altında” filmlərinin ən baxımlı epizodlarının fotoşəkilləri daxil edilib.

Albom 37 vərəqdə 24 fotoşəkildən ibarətdir.