Kitabxananın təşkil etdiyi onlayn viktorina başa çatıb

 

Görkəmli Azərbaycan şairi, tərcüməçi, pedaqoq Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illiyi münasibətilə ölkəmizdə və xaricdə müxtəlif tədbirlər, təqdimatlar keçirilir. Vətənsevər şairin Azərbaycanda və türk dünyasında milli istiqlal ideyalarının çiçəklənməsinə verdiyi töhfələrə nəzər salınır.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi tərəfindən istiqlal şairinin 130 illiyi ilə əlaqədar onlayn təşkil edilmiş “Əhməd Cavadı tanıyırıqmı?” adlı viktorinaya yekun vurulub.

Baş idarədən bildirilib ki, viktorinada birinci yerə Rüfət Mustafayev, İsaxan Masıyev, ikinci yerə Ləman Şabanova, Asəf Məmmədov, üçüncü yerə isə Nəzrin Məhərrəmli və Kütayə Nəcəfova layiq görülüblər.