Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ) Kürdəmir Dövlət Rəsm Qalereyasında “Şuşa İli”nə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib. Tədbirdə uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, gənclərin “Şuşa haqqında nə düşünürəm?” mövzusunda esseləri dinlənilib. Sonda qalereyada fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin və rayon məktəblilərinin rəsmlərindən ibarət sərgiyə baxış olub.

***

Şəmkir RMİ Daşkəsən rayon Mədəniyyət Mərkəzinin filialları – Xoşbulaq kənd Sənətkarlıq və Diyarşünaslıq klubları və kənd kitabxanasının birgə təşkilatçılığı ilə “Şuşa, bizimsən!” adlı təbdir keçirilib.