Avqustun 14-də Azərbaycan muğam sənətinin parlaq nümayəndəsi, dünya şöhrətli xanəndə, Xalq artisti Alim Qasımovun 65 yaşı tamam olur.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev yubiley münasibətilə sənətkarla görüşüb.

Mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu AIim Qasımova təqdim edən Elnur Əliyev yubilyara möhkəm cansağlığı, sənətdə yeni uğurlar arzulayıb.

Görüş zamanı Alim Qasımovun yaradıcılıq planları, gələcəkdə nəzərdə tutulan tədbirlər də müzakirə olunub.