Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Yusubov Azər Namiq oğlu Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azər Yusubov bu təyinata qədər Şəki Apelyasiya Məhkəməsində baş məsləhətçi-sədrin köməkçisi vəzifəsində çalışıb. Dövlət qulluğunun kiçik müşaviridir.