Şəki şəhər Mədəniyyət Mərkəzində Azərbaycan milli dramaturgiyasının banisi, mütəfəkkir ədib Mirzə Fətəli Axundzadənin (1812-1878) anadan olmasının 210 illiyi münasibətilə ədəbi-musiqili kompozisiya səhnələşdirilib.
M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin Xalq teatrı tərəfindən hazırlanan kompozisiya avqustun 10-da nümayiş olunub.
Xalq teatrı aktyorlarının ifasında M.F.Axundzadənin əsərlərindən səhnələr oynanılıb, “Səbuhi” ansamblının ifasında mahnılar səslənib.
Sonda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilov musiqili-ədəbi kompozisiyanın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edərək, kollektivə uğurlar arzulayıblar.