Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il avqust ayının 31-də saat 10:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində (Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 1)  Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 26 avqust tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493 30 02 telefon nömrəsi vasitəsilə və  “Whatsapp” xidmətinə  (077 714 71 47) müraciət etməklə qəbula yazıla bilərlər.