12 avqust – Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il 12 avqustun dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Əlamətdar gün münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Zərdab rayon Mərkəzi Kitabxanası və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) birgə təşkilatçılığı ilə “Sağlam gənclik sağlam gələcək” başlıqlı tədbir təşkil olunub. Tədbirdə Zərdab UADM, rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və şəhər kitabxana filiallarının əməkdaşları iştirak ediblər.

***

Şəki RMİ Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, ulu öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra mərkəz tərəfindən hazırlanan “Ulu öndər Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti” adlı videoçarx təqdim olunub.

Əlamətdar gün münasibətilə C.Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanasında isə sərgi təşkil edilib.

***

Şəmkir RMİ Daşkəsən rayon Mədəniyyət Mərkəzi, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə silsilə tədbirlər keçirilib.

***

Bərdə RMİ Mingəçevir Şəhər Tarix Muzeyində “Azərbaycan gəncləri gələcəyimizdir” mövzusunda tədbir keçirilib. Çıxışda Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs olunub.

***

Ağstafa RMİ Ağstafa rayon Mərkəzi Kitabxanası və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Gənclik Azərbaycanımızın gələcəyidir” adlı kitab sərgisi təşkil edilib.

Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində gənclərin iştirakı ilə “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” mövzusunda tədbir keçirilib.

Qazax rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Yüksək vətəndaşlıq hislərinə malik olan Azərbaycan gəncliyi” başlıqlı tədbir keçirilib. Tədbirdə mərkəzin hazırladığı dövlət gənclər siyasətinə həsr edilmiş videoçarx nümayiş olunub.

***

Gəncə RMİ Gəncə şəhər Heydər Əliyev Mərkəzi, şəhər MKS-nin 16 nömrəli kitabxana filialı və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Gənclər gələcəyimizin qurucularıdır” mövzusunda tədbir keçirib. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Arif Marifli, GİKM-in Gəncə nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fəxrəddin Əli, MKS-nin 16 nömrəli filialının böyük kitabxanaçısı Mirvari Cəfərova və digərləri çıxış ediblər.