Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Kürdəxanı qəsəbə Mədəniyyət evində (Sabunçu rayonu) azyaşlı uşaqlar üçün “Çörək” adlı kukla tamaşası nümayiş etdirilib.

Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzi (Sabunçu rayonu Maştağa qəsəbəsi) “Kilimarası” kukla teatrının təqdim etdiyi tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

Baş idarədən bildirilib ki, tamaşanın nümayiş olunmasında əsas məqsəd yay tətili ilə əlaqədar uşaqların asudə vaxtlarının səmərəli keçməsini təmin etmək, həmçinin uşaqlara xeyirxahlıq, vətənpərvərlik, mədəniyyətə, incəsənətə məhəbbət aşılamaqdır.