Xətai Sənət Mərkəzində uşaq, yeniyetmə və gənclər arasında “Təbiəti yaşıla boyayaq” adlı rəsm sərgisi keçirilib. Sərgi Xətai Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü,  YAP Xətai rayon təşkilatı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşib.

Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Elvin Orucov tədbir iştirakçılarına sərgi haqqında ətraflı məlumat verib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bu cür sərgilərin keçirilməsinin gənclərin ekologiya və ətraf mühitlə bağlı marifləndirilməsi, istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Sonra sərgiyə baxış keçirilib. Sərgi iştirakçılarına diplomlar təqdim edilib.