Beynəlxalq Gənclər Günü (12 avqust) münasibətilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsi (RMİ) İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup gəncə fəxri fərmanlar verilib. Sonda rəsm sərgisinə baxış olub.

***

Şəmkir RMİ Daşkəsən rayon Mədəniyyət Mərkəzi, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə silsilə tədbirlər keçirilib.

***

Bərdə RMİ Mingəçevir Şəhər Tarix Muzeyində “Azərbaycan gəncləri gələcəyimizdir” mövzusunda tədbir keçirilib. Çıxışda Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs olunub.

***

Xaçmaz RMİ Quba rayon Heydər Əliyev Mərkəzi və GİKM-in Quba nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Cəmiyyətin aparıcı qüvvəsi olan gənclər” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Sevinc Səlimova, GİKM-in Quba nümayəndəliyinin direktoru Aytac Əhmədova və digərləri çıxış edərək əlamətdar günün əhəmiyyətindən danışıblar. Çıxışlardan sonra Beynəlxalq Gənclər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

***

Ağstafa RMİ Tovuz rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Gənclər müstəqil dövlətimizin gələcəyi və qarantıdır” mövzusunda tədbir keçirilib.

Ağstafa RMİ-nin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət Rəsm Qalereyasında “Azərbaycan gəncləri tarix yazdı” adlı sərgi təşkil olunub.

Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində də mövzu ilə bağlı tədbir keçirilib.

***

Şəki RMİ Zaqatala rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə açıq havada “Vətəni sevək və sevdirək” adlı tədbir keçirilib. Tədbirdə vətənpərvərliklə bağlı şeirlər səsləndirilib, ədiblərimizin abidələrinə baxış olub.

Əlamətdar gün münasibətilə C.Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanasında isə sərgi təşkil edilib.

***

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin Nizami Gəncəvi adına kitabxana-klubu və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “Gənclərin söz dünyası” adlı tədbir keçirilib. Çıxış edənlər belə tədbirlərin keçirilməsinin gənclərin yaradıcılığına olan diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyiblər.

***

Ağdaş RMİ Zərdab rayon Mərkəzi Kitabxanası və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) birgə təşkilatçılığı ilə “Sağlam gənclik sağlam gələcək” başlıqlı tədbir təşkil olunub. Tədbirdə Zərdab UADM, rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və şəhər kitabxana filiallarının əməkdaşları iştirak ediblər.

N.Məmmədli