Gəncə RMİ Gəncə şəhər MKS-nin 2 saylı kitabxana filialı “Tariximizin fəxri – Xurşidbanu Natəvan” adlı tədbir keçirib. Tədbirdə “Xurşidbanu Natəvan-190” başlıqlı sərgi nümayiş olunub.

***

Masallı RMİ Cəlilabad rayonu Sabirabad kənd klubunda “Şuşanın inciləri – Xurşidbanu Natəvan” mövzusunda tədbir keçirilib. Tədbirdə Sabirabad kənd klubu dram dərnəyinin üzvləri şairənin şeirlərini səsləndiriblər.

***

Kürdəmir RMİ Beyləqan rayon Mədəniyyət Mərkəzinin Birinci Şahsevən kənd Diyarşünaslıq evində “Natəvanın lirik poeziyası” adlı tədbir keçirilib. Tədbirdə Birinci Şahsevən kənd tam orta məktəbinin şagirdləri şairənin qəzəllərindən nümunələr səsləndiriblər. Mədəniyyət müəssisəsinin əməkdaşları tərəfindən Natəvanın XIX əsrin 50-ci illərində Azərbaycana səfər etmiş fransız yazıçısı Aleksandr Düma ilə tarixi görüşü və şahmat oynadığı səhnə canlandırılıb.