Ağstafa RMİ Tovuz rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Tovuz nümayəndəliyinin təşkilatçılığı ilə tanınmış fotoqraf Valeh Arifoğlu ilə rayon gənclərinin görüşü keçirilib. Görüşdə fotoqrafiyanın tarixi, düzgün kadrların çəkilməsi, xarici və yerli fotoqrafiya, həmçinin ilkin vərdişlərin formalaşması barədə gənclərə məlumat verilib.

Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxanası 18 avqust – Sərhəd Qoşunları Gününə həsr olunmuş “Titrədər tikanlı məftilləri addımlarının səsi, Sənə zəfər yaraşır, Azərbaycan əsgəri!” adlı səyyar kitab sərgisi təşkil edib. Sərgidə 80-dən çox kitab və dövri mətbuat materialları nümayiş olunub.

***

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gənclər üçün iş axtarma və işə müraciət qaydaları” mövzusunda təlim keçirilib. Biznes və karyera planlaşdırılması üzrə peşəkar təlimçi Rafət Şirəliyev gənclərə bu istiqamətdə zəruri bilgilər və tövsiyələr verib.

***

Ağdaş RMİ Ağdaş Dövlət Rəsm Qalereyasının əməkdaşları Ağdaş rayon Heydər Əliyev parkında məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə açıq havada rəsm təlimi təşkil ediblər. Təlimdə həvəskar rəssamlar müxtəlif mövzularda rəsmlər çəkiblər.

***

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında Prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri ilə əlaqədar “İqtisadi yüksəlişin, dəmir iradənin təcəssümü” adlı tədbir keçirilib.

***

Şəki RMİ Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin kamança ixtisası üzrə V sinif şagirdi Abid Çələbiyev Fransada keçirilən Adilə Əliyeva adına XVII beynəlxalq onlayn musiqi müsabiqəsində 1-ci yerə layiq görülüb.

***

Sabirabad RMİ Sabirabad rayon MKS-nin Əhmədabad kənd kitabxana filialı orta məktəb şagirdləri ilə birlikdə gəncləri maarifləndirmək məqsədilə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir təşkil edib.

Nurəddin Məmmədli