Noyabrın 11-dən 15-dək keçiriləcək XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalına qeydiyyat başlayıb.

Müəlliflər 30 dəqiqədən çox olmayan qısametrajlı filmləri festivala təqdim edə bilərlər. Layihələr beynəlxalq, yerli və “Cinemobil” müsabiqə bölmələri üzrə qəbul olunur.

Festivalın münsiflər heyəti noyabrın əvvəlində ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl nar”dır. “Qızıl nar” simvolik olaraq bətnində cənnətdən gələn onlarla toxum, ideya və enerji daşıyan qadını təsvir edir. Bununla yanaşı, festivalda bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim ediləcək.

Daha ətraflı məlumatı festivalın saytından əldə etmək olar: https://filmfestival.az