İrlandiya milli rəqs şousu Bakıda təqdim ediləcək

 

Noyabrın 2-də Heydər Əliyev Sarayında dövrümüzün ən yaxşı İrlandiya rəqs şousu sayılan “Rhythm of the Dance” (“Rəqs ritmi”)  təqdim ediləcək.

Tamaşaçıları orijinal Kelt melodiyalarından ibarət sehrli kokteyl, məşhur  İrlandiya stepi, canlı musiqi və solistlərin valehedici ifaları gözləyir.

İnanılmaz hərəkət enerjisi, incəlik və sinxronluq, xalq elementlərinin metropolun müasir ritmləri ilə birləşməsi – bütün bunlar “Rhythm of the Dance” şousunu dünyada ən populyar şoulardan birinə çevirib.

“Rhythm of the Dance” irland rəqslərində dünya lideridir, öz ənənələrinin saflığını qorumağa çalışır, eyni zamanda rəqsi ən müasir formada təqdim edir. “Rhythm of the Dance” öz miqyası və ifa texnikası ilə tamaşaçıları heyran qoyan musiqi, teatr, improvizasiya, müasir xüsusi effektlər və heyrətamiz səhnə işıqlandırmasının sintezidir.