Gəncə RMİ-nin əhatə etdiyi Goranboy Dövlət Rəsm Qalereyasında hərbi vətənpərvərlik mövzusunda rəsm sərgisi təşkil edilib.

***

Xaçmaz RMİ Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev adına rayon Mədəniyyət Mərkəzinin Müşkür kənd Sənətkarlıq klubunun əməkdaşları Vətən müharibəsi şəhidi Fərid Seyfullayevin doğum günü ilə bağlı ailəsini ziyarət ediblər.

***

Ağdaş rayonunun Türyançay qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Sahir Abdullayevin xatirəsinə inşa edilən lövhə açılıb. Mərasimdə şəhidin həyat yolundan danışılıb. Vurğulanıb ki, Sahir Abdullayev 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.

***

Biləsuvar RMİ Neftçala rayon MKS-nin Aşağı Surra kənd kitabxana filialı və kənd Folklor evinin əməkdaşları Birinci Qarabağ müharibəsi şəhidi Eldar Rəhmanovun ailəsi ilə görüşüblər.

***

Lənkəran RMİ-nin təşkilatçılığı ilə Lənkəran şəhər MKS-də Vətən müharibəsi şəhidi Afərin Qulamzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov 44 günlük Vətən müharibəsində Ordumuzun göstərdiyi şücaətdən danışıb. Sonda Lənkəran rayon Mamusta kənd tam orta məktəbi şagirdlərinin ifasında vətənpərvərlik mövzulu şeirlər səsləndirilib.

N.Məmmədli