Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri davam etdirilir. Araşdırma işləri AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən həyata keçirilir.

İnstitutun baş direktoru, professor Abbas Seyidov və əməkdaşlardan professor Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov arxeoloji tədqiqatlarla tanş olublar. Məlumat verilib ki, tədqiqatlar nəticəsində kurqan çölündə diametri 21 metr olan, ətrafı kromlexlə əhatələnmiş e.ə. I minilliyin ilk yarısına aid qəbir abidəsi tapılıb. İki kameradan ibarət kurqandan insan skeletləri və maddi mədəniyyət nümunələri aşkar olunub.

Qoruğun direktoru Musa Mursaquliyev aparılan arxeoloji qazıntı işlərindən razılığını bildirib, tədqiqatçılara uğurlar arzulayıb.

Nurəddin