Gəncə RMİ-nin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Nizami Gəncəvi Muzeyinin təşkilatçılığı ilə “Nizami irsinin qorunması, nəsillərə ötürülməsi, təbliği” adlı tədbir keçirilib. Əvvəlcə dahi şairin məqbərəsi ziyarət olunub, məzarının üzərinə gül dəstələri düzülüb.

Sonra qonaqlar Nizami Gəncəvi Muzeyinin foyesində kitab sərgisi və Nizaminin “Xəmsə”sinə həsr olunan rəsm sərgisi ilə tanış olublar.

Gəncə RMİ-nin rəisi Vasif Cənnətov çıxışında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 881-ci ildönümünə həsr olunan silsilə tədbirlərin regional idarənin bütün mədəniyyət müəssisələrində keçiriləcəyini diqqətə çatdırıb.

Digər çıxış edənlər Nizaminin həyatı və yaradıcılığı, bu əbədiyaşar irsin tədqiqi və təbliği barədə danışıblar.

Sonda dahi şairin qəzəlləri əsasında hazırlanan musiqi proqramı təqdim edilib.

N.Məmmədli