Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Şuşa İli” – Zəfərimizin tarixi” adlı tədbir təşkil olunub. Çıxış edənlər “Şuşa İli” və Şuşanın mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyətindən danışıblar.

***

Kürdəmir RMİ Beyləqan rayon MKS-nin Yuxarı Kəbirli kənd kitabxanası və kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Şuşanın ədəbi mühiti” adlı tədbir keçirilib. Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər Şuşa ədəbi mühitinin çoxsaylı nümayəndələri, onların yaradıcılığı barədə geniş məlumat veriblər. Şagirdlər şuşalı şairlərin şeir və qəzəllərindən nümunələr səsləndiriblər.

***

Gəncə RMİ Goranboy rayon Uşaq Kitabxanası açıq havada “Şuşa mədəniyyət tariximizdir!” adlı kitab sərgisi təşkil edib. Sərgidə Şuşanın korifey sənətkarlarının əsərləri, qədim şəhərin tarixini və mədəniyyətini əks etdirən kitablar nümayiş olunub.

Nurəddin