Əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Asif Azərelli sentyabrın 4-də, 76 yaşında vəfat edib.

Asif Hüseyn oğlu Rzayev (Asif Azərelli) 19 iyul 1946-cı ildə Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub.  1970-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib.

Keçmiş ittifaq və beynəlxalq miqyaslı sərgilərin iştirakçısı olub. 1976-cı ildə Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb. Rəssamın “Dədə Qorqud”, “Qoca qarabağlı” və s. əsərləri xüsusilə məşhurdur.

Allah rəhmət eləsin.