Yazıçı-publisist Pünhan Əfəndiyevin Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanov haqqında yazdığı “Vətən sevdalısı” kitabı çapdan çıxıb.

Kitabda Əfqan Abdurahmanovun həyatından, hərbi xidmət illərindən, 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki döyüş yolundan, Vətənə, torpağa sədaqətindən,  yaxınlarının və döyüş yoldaşlarının xatirələrindən bəhs edilir.

Azərbaycan Ordusunun polkovnik-leytenantı Əfqan Abdurahmanov 2020-ci il oktyabrın 10-da Suqovuşanda şəhid olub. Qəbələ rayonunun Əmirvan kəndində dəfn edilib.