9-13 sentyabr tarixində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda V Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilib.

Bu il “Ağ göyərçin” şüarı ilə keçirilən festivalda insan və həyat hekayələrindən bəhs edən filmlər nümayiş olunub. Münsiflər heyətinin qərarına əsasən, baş mükafat Çili rejissoru Qorki Qlazer Müllerin “Düşmənin uşaqları” sənədli filminə verilib. Sənədli film 7 nəvəsini həbsdə olduqları İŞİD terror təşkilatının Suriyadakı düşərgəsindən xilas etməyə çalışan bir adamın hekayəsindən bəhs edir.

Julie Bezerra Madsenin (Danimarka)  “Görməli hər şey” sənədli filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.