Yevlax rayonunun Xaldan kəndində şəhidlərin xatirəsinə abidə ucaldılıb. Abidənin açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclis sədrinin I müavini Əli Hüseynli, millət vəkili İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidlərin ailə üzvləri, yaxınları, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Sumqayıt RMİ-nin tabeliyində fəaliyyət göstərən Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbinin kollektivi Vətən müharibəsi şəhidləri mayor Səyavuş Kəlbalıyev və leytenant Nurlan Həsənovun ailəsi ilə görüşüb.

***

Ağstafa RMİ Ağstafa rayon Hüseyn Arifin Ev-Muzeyinin bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi Elnur Həsənovun doğum günü münasibətilə ailəsini və adına tikilən bulağı ziyarət edib.

***

Biləsuvar RMİ-nin əhatə etdiyi Cəbrayıl rayon Karxulu, Qaracallı kənd klubları və 23 nömrəli Minbaşılı kənd kitabxanasının işçiləri Vətən müharibəsi şəhidi Nicat Əlizadənin doğum günü ilə əlaqədar ailəsinə baş çəkiblər.

***

Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri Vəkil İsmayılov və regional idarəyə tabe müəssisələrin rəhbərləri tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub. Ziyarətlər zamanı valideynlər şəhid övladlarının həyat hekayələri və hərb meydanındakı şücaətlərindən bəhs ediblər. Qonaqlar isə şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərini iftixar hissi ilə qeyd edərək onların qəlblərdə əbədi yaşayacaqlarını vurğulayıblar.

Nümayəndələr rayonun bir neçə kəndində Vətən müharibəsi qazilərinə də baş çəkiblər. Mədəniyyət işçiləri qazilərlə görüşlərdə onların səhhəti və ehtiyacları ilə maraqlanıblar. Qazilər isə cəbhə xatirələrini qonaqlarla bölüşüblər.

Nurəddin Məmmədli