Kürdəmir RMİ Beyləqan rayon Mədəniyyət Mərkəzi və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib. Çıxış edənlər bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükələrdən danışıb, narkomaniyaya qarşı ümummilli mübarizə aparmağın vacibliyini vurğulayıblar.

***

Masallı RMİ Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə narkomaniyanın zərərlərindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən bəhs olunub.

***

Ağstafa RMİ Tovuz rayon Mərkəzi Kitabxanasında “Narkomaniya: çətin və erkən ölüm” mövzusunda tədbir təşkil edilib. Tədbirdə iştirak edən gənc fəal oxucular narkomaniya və onun insan həyatına zərərləri ilə bağlı öz fikirlərini səsləndiriblər.

N.Məmmədli