Bərdə RMİ-nin təşəbbüsü ilə Bərdə rayon Mədəniyyət Mərkəzində regional idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin məzunları ilə görüş keçirilib.

Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib, uğurlar arzulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda bu sahə yeni inkişaf mərhələsini yaşayır.

Görüşdə çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.

Sonda məzunlara regional idarə tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Nurəddin