Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün müxtəlif ölkələrdən musiqi xadimləri Bakıya gəliblər. Onlardan biri Latviya Milli Opera və Balet Teatrının direktoru, vokalçı Egils Silinşdir.

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 19-da Egils Silinş və xanımını qəbul edib. Latviyanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşı xanım Vija Buşa və nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalovanın da iştirak etdiyi görüşdə iki ölkə arasında mədəni əlaqələrdən söhbət açılıb, gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Latviyalı qonaqlarla Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaradıcı görüş də keçirilib.