Mədəniyyət naziri Anar Kərimov sentyabrın 15-də Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.

Söhbət zamanı Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb.

Görüşdə gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb.