Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Nardaran Tarix-Mədəniyyət Qoruğunun fəaliyyəti ilə tanış olub.

Qoruq əməkdaşları ilə keçirilən görüşdə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, burada yerləşən abidələrlə bağlı təbliğat və təşviqat işləri barədə söhbət aparılıb.

Bildirilib ki, qoruq ərazisində qeydə alınmış 22 tarix-mədəniyyət abidəsi var. Onların hazırkı vəziyyəti ilə maraqlanan xidmət rəisi Nardaran qəsri, Xan bağının köşkü və karvansara ilə bağlı lazımi göstərişlər verib.

Azad Cəfərli həmçinin Xəzər rayonu Dübəndi qəsəbəsinin sahilboyu ərazisində yerləşən, üzərində qayaüstü təsvirlər olan Mağara abidəsinə baxış keçirib. E.ə. IV-I minilliyə aid olan “Mağara” abidəsinə kənar müdaxilələrin qarşısının alınması və qorunması ilə bağlı tapşırıq verilib.