Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert sentyabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Konsertdə Macarıstanın Mendelson Kamera Orkestrinin müşayiəti ilə gənc solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano) və Əziz Pənah (qoboy) çıxış ediblər.

Proqramda Lüdviq Van Bethovenin “Simli kvartet N.11, op.95”, “Quartetto serioso”, Volfqanq Amadey Motsartın “Piano və orkestr üçün konsert A dur, K.414”, Bella Bartokun “Divertisment”, “Rumın xalq rəqsləri”, Üzeyir Hacıbəylinin “Arazbarı”, Aqşin Əlizadənin “Cəngi” əsərləri səsləndirilib.

Musiqiçilərin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.