Azərbaycan Aşıqlar Birliyinin (AAB) fəaliyyətində aşıq sənətinin inkişafında məxsusi yeri olan ustad sənətkarlara, onların irsinə hər zaman diqqət ayrılır. Necə deyərlər, heç nə unudulmur, heç kəs yaddan çıxmır. Ustad sənətkarlar haqqında kitablar hazırlanır, onların poetik yaradıcılıq nümunələri nəşr olunur, ifalarından ibarət audio və video disklər buraxılır.

Qurum tərəfindən ərsəyə gətirilmiş növbəti disk ustad aşıq, Əməkdar incəsənət xadimi Ədalət Nəsibova həsr olunub.  AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, iki diskdən ibarət olan albomun birinci hissəsində ustad sənətkarın repertuarından bənzərsiz ifaları – “Yanıq Kərəmi”, “Fəxri”, “Aran gözəlləməsi”, Hüseyni”, “Məmmədbağırı”, “Gəraylı”, “Baş dubeyti”, “Dilqəmi”, “Naxçıvanı”, “Baş sarıtel”, “Misri”, “Şahsevəni”, “Ruhani”, “Kərəm dubeyti” və “Müxəmməs” aşıq havaları, ikinci hissədə isə ustadın anadan olmasının 50 illik yubiley tədbirinin videolenti və aşıq Kərəm İncəliylə deyişməsi yer alıb.

Diski aşıq Altay Məmmədli hazırlayıb.