Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıllı Seragəldin və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos imzalayıblar.

Mərkəzdən verilən məlumata görə, iki qurum mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, sosial inklüzivliyin təşviqi, ksenofobiya və nifrətlə mübarizə; qarşılıqlı maraq doğuran iş sahələrində qabaqcıl təcrübə və biliklərin mübadiləsi, gənclərə yönəlmiş layihələrin, təşəbbüslərin müəyyən edilməsi və s. istiqamətlərdə əməkdaşlıq edəcək.