Sentyabrın 26-da Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb. Festivalın son günü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) təqdim olunan konsert Vətən müharibəsi şəhidlərinin xatirəsinə ithaf olunub.

Konsertdə BMA-nın tələbələri – Ərol Rzayev, Rəşad Abdullayev, Leyla Baxışova, Əli Adıgözəlov, Nigarxanım Süleymanova, İlahə Məmmədova, Rəşid Behbudov, Ayan Aslanova, Əziz Pənah, Əli Günəşov, Atefei Gharabağı, Jalə İslamova və Kamran Talıblı çıxış ediblər.

Proqramında Fikrət Əmirovun "Poema-monoloq", Arif Məlikovun "Komdenin xəyalları", Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından "Gülçöhrənin naləsi", Sergey Raxmaninovun "Etüd-lövhə" N.6 a moll, op.39, Nigarxanım Süleymanovanın "Prelüdiya", Həsən Rzayevin "Çahargah rapsodiyası", Friderik Şopenin "Skertso" N.1 h moll, Frensiz Pulenkin "Trio", Culio Kaççininin "Ave Maria", Sergey Prokofyevin "Qarabasma", Astor Piazzolanın fleyta üçün pyes, Fikrət Əmirovun "Mən səni araram" (işlənməsi Dmitri Babayevindir) əsərləri səsləndirilib.