Özbəkistanın Xalq şairi, Azərbaycanın dostu Camal Kamal 85 yaşında dünyasını dəyişib.

Bu barədə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Camal Kamal AMM-nin layihəsi ilə 2015-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə tərcüməsinə başlayıb və 2021-ci ildə –  “Nizami İli“ndə bu işi yekunlaşdırıb. Bununla da ilk dəfə olaraq Nizami Gəncəvinin bütün əsərləri özbək oxucularına təqdim edilib.  

2021-ci ildə Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində Nizaminin “Xəmsə”sinin özbək dilinə xüsusi nəşrinin təqdimatı keçirilib. Özbəkistanın Xalq şairi Azərbaycan Mədəniyyət  Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif edilib.

Ötən il həmçinin Daşkənddəki Heydər Əliyev adına AMM-nin və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın dəstəyi ilə şairin 80 illik yubileyi Bakıda qeyd olunub.

Camal Kamal Azərbaycan ədəbiyyatından Məhəmməd Füzuli, Xəlil Rza və Bəxtiyar Vahabzadənin əsərlərini də özbək dilinə çevirib.

Allah rəhmət eləsin.