Kitabda Vətən müharibəsinin 27 qəhrəman şəhidi haqqında söz açılır

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərovanın “Gəncənin Zəfər elçiləri” kitabı işıq üzü görüb.
Nəşrdə 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün canını fəda edən Gəncənin 27 şəhid qəhrəmanı haqqında söz açılır. Kitabda ana yurdunu şirin canından əziz tutan qəhrəmanların tərcümeyi-halı, döyüş yolu, igidlik və qəhrəmanlıq tarixçəsi öz əksini tapıb.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan kitabın elmi redaktoru Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırova, rəyçisi həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.