“Qanun” Nəşrlər Evinin təşkilatçılığı ilə Bakı Əl Oyunları Sarayında IV Milli Kitab Sərgisi keçirilir.

Sentyabrın 27-də başlayan sərgidə 30-dan çox nəşriyyat və poliqrafiya qurumu, satış və yayım müəssisələri, yaradıcı təşkilatlar, yazarlar, eyni zamanda əl işləri ilə məşğul olan sənətkarlar və əlilliyi olan şəxslər iştirak edirlər.

Oktyabrın 1-dək davam edəcək sərginin zəngin proqramı var. Sərgiyə gələn qonaqlar sənət adamları ilə müxtəlif görüşlərin, oxu saatlarının, imza günlərinin, şeir gecələrinin, musiqili proqramların iştirakçısına çevrilirlər.

Sərgidə kitablarla yanaşı, məktəb ləvazimatı və oyuncaqlar da almaq mümkündür.