Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il 20 oktyabr tarixində saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi 17) Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 16 oktyabr 2022-ci il tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə  (077 714 71 47) müraciət etməklə qəbula yazıla bilərlər.