Medianın İnkişafı Agentliyində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüş keçirilib.

Agentlikdən verilən məlumata görə, görüşdə media sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi olub.

Agentliyin icraçı direktoru Əhməd İsmayılov medianın inkişafı istiqamətində atılan ardıcıl addımlardan, dövlətin bu sektora sistemli dəstəyindən, jurnalistlərin peşəkarlığının artırılması, beynəlxalq təcrübənin mənimsənilməsi sahəsində görülən işlərdən danışaraq Mətbuat Şurası ilə birgə layihələrin icrasında maraqlı olduqlarını vurğulayıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid medianın inkişafı ilə bağlı həyata keçirilən tədbirləri müsbət qiymətləndirərək birgə əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib.

Görüşdə iki qurumun birgə əməkdaşlığına dair müzakirələr aparılıb.