Layihə çərçivəsində İstiqlal Muzeyində “Arzular...” adlı sərgi açılacaq

Oktyabrın 4-də Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə ötən ildən davam edən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində “Arzular...” adlı tədbir-sərgi keçiriləcək.

Sərgidə Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə məxsus, muzeyin fondlarında qorunan müxtəlif şəxsi əşyalar nümayiş olunacaq.

Sərgi oktyabrın 10-dək ziyarətçilər üçün açıq olacaq.

Nurəddin