Oktyabrın 15-də Heydər Əliyev Sarayında unudulmaz mahnıların müəllifi, onlarla filmi bir çox televiziya və teatr tamaşalarını öz musiqiləri ilə insanlara daha da sevdirən görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun (1937-2000) 85 illiyinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

Saraydan bildirilib ki, bəstəkarın populyar mahnılarının səslənəcəyi gecədə Xalq artistləri Flora Kərimova, Azər Zeynalov, Brilliant Dadaşova, Aygün Bayramova, Ənvər Sadıqov, Nəzakət Teymurova, İlqar Muradov, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artistlər Sevda Ələkbərzadə, Elton Hüseynəliyev, Lalə Məmmədova, Nuriyyə Hüseynova, müğənnilər Zabitə Alıyeva, Rəvanə Qurbanova, Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin solisti Fəxri Kazım-Nicat və başqaları iştirak edəcəklər.