Bərdə RMİ Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik Musiqi məktəbinin müəllimləri tərəfindən dahi bəstəkarın “Arşın mal alan” operettasının tamaşası nümayiş olunub.

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa maraqla qarşılanıb.

Tamaşaya Mingəçevir teatrının baş rejissoru Vüsal Mehrəliyev quruluş verib. Rejissor assistenti İbrahim Türksoy, musiqi rəhbəri məktəbin müəllimi İradə Xəlilova, layihə rəhbəri isə Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümovadır.

Tamaşadan sonra idarə rəisi çıxış edərək bu kimi layihələrin davamlı olacağından, Qarabağın zəngin mədəni irsinin təbliği və tanıdılması istiqamətində görülən işlərdən söz açıb.

Nurəddin