Mingəçevir Dövlət Dram Teatrında “Münəccim Səlimin nağılları” adlı uşaq tamaşasının premyerası keçirilib. Mingəçevirli müəllif Günel Məcidovanın əsəri əsasından ərsəyə gələn tamaşaya teatrın baş rejissoru Vüsal Mehrəliyev quruluş verib.

Tamaşanın diqqətçəkən səhnə dekorasiyası və aktyorların məharətli çıxışı balaca teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Xalq artisti Ella Yaqubovanın usta oyunu tamaşaya xüsusi rəng qatıb və digər aktyorlara da sirayət edib.

Tamaşanı izləyən Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova nümayişdən sonra yaradıcı heyətlə görüşüb, uğurlu səhnə əsərinə görə təbriklərini çatdırıb.

Vüsal Mehrəliyev yeni mövsümdə iki tamaşa hazırlayıb: “Mingəçevir teatral şəhərdir, tamaşaçılar böyük həvəslə bu məkana gəlirlər. Hazırda kollektiv üç nağıl üzərində məşqlərini davam etdirir”.