Yeni teatr mövsümünü Vaqif Səmədoğlunun “İntihar” əsərinin tamaşası ilə açan Şəki Dövlət Dram Teatrında bu günlərdə növbəti premyera olub.

Teatrın nəzdində fəaliyyət göstərən studiyanın aktyor kursunda Abdulla Şaiqin  “Yazıya pozu yoxdur” pyesi tamaşaya qoyulub. Tamaşanın rejissoru Hüseyn Hüseynli, 2-ci rejissoru və baletmeysteri Elvin Nuridir.  Rolları Azad Məmmədov, Hariz Məmmədov, Nərmin Nəbiyeva, Arzu Rəsulova və Nuriyyə Mürşüdova ifa edirlər.

Oktyabrın sonlarında teatrda müasir yazar Xəqani Əliyevin “Çələbi xana Qızılqaya xəyanəti” pyesinin məşqləri başlanacaq.