Gəncə RMİ Gəncə şəhər MKS-nin 15 saylı kitabxana filialı Vətən müharibəsi şəhidi Nicat Qasımovun doğum günü ilə əlaqədar “Şəhərimizin qəhrəman oğulları” adlı anım tədbiri keçirib.

***

Xaçmaz RMİ B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Güləzi kənd Folklor klubu, rayon MKS-nin Güləzi və Ağbil kənd kitabxanalarının əməkdaşları Vətən müharibəsi şəhidi Afər Orucovun ailə üzvləri ilə görüşüblər.

Quba rayon MKS-nin Zərdabi qəsəbə kitabxanası və Folklor evinin əməkdaşları bu il 12-14 sentyabr tarixində düşmənin dövlət sərhədində göstərdiyi hərbi təxribat nəticəsində şəhid olan Ümid Həsənovun məzarını və ailəsini ziyarət ediblər.

***

Şəki RMİ Qax rayon Heydər Əliyev Mərkəzində Səhər Manaflının Birinci Qarabağ və Vətən müharibələrində şəhid olan qaxlı oğulların xatirəsinə ithaf edilən “Zəfər tarixinin qəhrəmanları – Qax şəhidləri” kitabının təqdimatı olub. Mərasimdə rayonun icra başçısı Musa Şəkiliyev iştirak edib. Kitabın müəllifi, şəhid bacısı Səhər Manaflı nəşrin ərsəyə gəlməsinə və təqdimatın təşkilinə göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib.

 

Nurəddin