Ağdaş Regional Mədəniyyət İdarəsi (RMİ) Ağdaş rayon Ləki qəsəbə Uşaq musiqi məktəbində “Şuşa İli” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər iştirak ediblər.

***

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzinin Kürqaraqaşlı Diyarşünaslıq evində “Azad Şuşa – azad Qarabağ” adlı tədbir keçirilib. Şanlı Zəfərə həsr olunan şeirlər söylənilib, mahnılar ifa edilib, kompozisiyalar nümayiş olunub.

***

Gəncə RMİ-nin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş konsert keçirilib. Filarmoniyanın Kamera orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Rafael Bayramov) çıxış edib.

***

Sabirabad RMİ Şirvan şəhər Uşaq musiqi məktəbi, şəhər MKS və Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib. Natəvanın həyat və yaradıcılığı haqqında məlumat verilib, onun sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

N.Məmmədli