Gəncə RMİ Samux rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidləri Həsən Məmmədli, Taleh Yusifov və Qəzənfər Abdullayevin şəhadətlərinin ikinci ildönümü ilə əlaqədar tədbir təşkil olunub.

***

Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən çap edilən “44 gün – tarixi Zəfər” üçcildliyin I cildinin (“A-Ə” hərfləri üzrə) növbəti təqdimatı Xaçmaz RMİ Xaçmaz şəhər Heydər Əliyev adına Mədəniyyət Mərkəzində gerçəkləşib. Çıxış edənlər şanlı Zəfərimizdən danışıb, nəşrin əhəmiyyətini qeyd ediblər.

***

Sumqayıt RMİ Qubadlı rayon nümayəndəliyi tərəfindən II Fəxri xiyabanda Vətən müharibəsinin şəhid mayoru Elçin Alıyevin anım mərasimi keçirilib. Tədbirdə Qubadlının icra başçısı Malik İsaqov, mədəniyyət işçiləri, şəhidin ailə üzvləri və  digər qonaqlar iştirak ediblər.

***

Masallı RMİ-nin Cəlilabad üzrə nümayəndəsi Elnur Atakişiyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov və mədəniyyət müəssisələrinin əməkdaşları Vətən müharibəsi şəhidi Əlikram Xanışovun ailəsini ziyarət ediblər.

***

Lənkəran şəhər Haftoni qəsəbə şəhidlərinin – Milli Qəhrəman Əsgər Əliyev, I Qarabağ müharibəsi şəhidləri Soltan Əliyev, Füzuli Nəsirli və Natiq Aslanovun xatirəsinə inşa olunan bulaq kompleksinin açılış mərasimi olub.

Lerik rayonunun Vov kəndində Vətən müharibəsi şəhidi Samir Hüseynovun xatirəsinə bulaq kompleksi tikilib.

N.Məmmədli