Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Xalq artisti, görkəmli rəqqasə-xoreoqraf,  pedaqoq Xumar Zülfüqarovaya (1927-2017) həsr olunmuş xatirə gecəsi keçirilib.

Tədbiri BXA-nın orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayev açaraq, iştirakçıları salamlayıb, Xumar Zülfüqarovanın yetirməsi olaraq onunla bağlı xatirələrini bölüşüb.

Xumar Zülfüqarovanın digər yetirmələri – müəllim Şəlalə Səfiyeva, Milli və müasir rəqs kafedrasının müdiri, Xalq artisti Cəmilə Bayramova, İncəsənət Gimnaziyasinın klassik rəqs müəllimi Natella Həsənova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, xoreoqraf Afaq Hüseynova unudulmaz müəllimləri barədə xoş təəssüratlarını bölüşüblər.

Daha sonra görkəmli rəqqasənin fəaliyyəti, onun dərs zamanı tələbələrə sənətin incəliklərini öyrətməsi, gürcü kinematoqrafiyasının istehsalı olan “Mamluk” filmində canlandırdığı Şərq qızının rəqsi videoçarx şəklində nümayiş etdirilib.