Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi, bu il də Uşaq hüquqları haqqında Konvensiyanın (1989) qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə “Uşaq hüquqları aylığı” (20 oktyabr - 20 noyabr) elan edilmişdi. Aylıq çərçivəsində bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif maarifləndirici tədbirlər keçirilib.

Şəki RMİ Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ölkəmizdə, o cümlədən Qax rayonunda uşaq hüquqlarının qorunması və təşviqi sahəsində görülən işlərdən bəhs edilib. Bildirilib ki, uşaq hüquqlarının tam təmin edilməsi ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər uşaq hüquqlarının effektiv təmini və təbliğinə xidmət edir.

***

Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

Ucar Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları aylıq çərçivəsində şəhər 2 nömrəli tam orta məktəbdə olublar. Şagirdlərə “Uşaq hüquqları haqqında” Konvensiya barədə məlumat verilib.

***

Sabirabad RMİ Hacıqabul rayon Heydər Əliyev Mərkəzi və rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlara dövlətimiz tərəfindən göstərilən qayğıdan, onların ailədə və cəmiyyətdəki hüquqlarından söz açılıb. Uşaq hüquqları ilə bağlı maarifləndirici slayd nümayiş olunub, iştirakçılara “Ailədə yaşamaq hər uşağın haqqıdır” adlı maarifləndirici bukletlər paylanılıb.

***

Biləsuvar RMİ Biləsuvar rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə mərkəzin əməkdaşları uşaqlara eksponatlar haqqında məlumat veriblər. Biləsuvar Dövlət Rəsm Qalereyası tərəfindən məktəblilərin çəkdiyi rəsmlərdən ibarət sərgi nümayiş olunub.

***

Masallı RMİ Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və 10 saylı körpələr evinin təşkilatçılığı ilə “Rənglərlə doludur dünyamız” mövzusunda tədbir keçirilib. Uşaqlar mərkəzin film otağında cizgi filmi izləyərək əyləncəli və maraqlı zaman keçiriblər.

Cəlilabad rayon Sabirabad kənd klubunda “Sən öz hüquqlarını bilirsənmi?” mövzusunda tədbir keçirilib. Tədbirdə Sabirabad kənd klubunun əməkdaşları, Nizami Məmmədov adına 1 və Həmid Tağıyev adına 2 saylı tam orta məktəblərin şagirdləri iştirak ediblər.

***

Xaçmaz RMİ Siyəzən rayon Heydər Əliyev Mərkəzində aylıq çərçivəsində “Mənim hüquqlarım” adlı tədbir təşkil edilib.

***

Ağstafa RMİ Ağstafa rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Azad ölkəmizin fidanları” adlı tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, uşaqlar sağlam və normal mühitdə böyüməli, gərəkli vətəndaş kimi yetişməlidirlər.

Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi rayon 7 saylı körpələr evində “Uşaqlar sağlam gələcəyin təməlidir” adlı tədbir keçirib. Muzeyin əməkdaşları uşaqlarla maarifləndirici söhbətlər aparıb, onların hüquqları barədə məlumat veriblər.

Nurəddin Məmmədli