Azərbaycan

 

26 noyabr 1927 – Dilçi-türkoloq, professor, Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyev (1927-2015) Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub. 

26 noyabr 1928 – Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928 – 11.12.1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

26 noyabr 1937 – Şair, aşıq Mirzə Bilal Mustafa oğlu Mikayılov (1872-1937) repressiya edilərək güllələnib. Ağsu rayonunda Qəşəd kəndində anadan olub.

26 noyabr 2014 – UNESCO Hökumətlərarası Komitəsinin Parisdə keçirilən sessiyasında Azərbaycanın kəlağayı sənəti Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahıya daxil edilib.

 

27 noyabr 1870 – Məşhur şərqşünas, maarifçi Mirzə Kazım bəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 22.6.1802 –1870) vəfat edib. Peterburq Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.

27 noyabr 1912 – Xalq artisti, aktyor və rejissor İsa Həsən oğlu Musayev (1912 – 8.2.1976) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.

27 noyabr 1919 – Əməkdar incəsənət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919 – 16.1.1998) anadan olub. “Gülmək cana faydadır”, “Qarğa, məndə qoz var” və s. komediyaların, yumoristik hekayə və səhnəciklərin müəllifidir.

27 noyabr 1945 – Əməkdar rəssam, heykəltəraş Namiq Əbdülxaliq oğlu Dadaşov (1945 – 7.10.2021) Bakıda anadan olub. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.

27 noyabr 2015 – Görkəmli dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1.5.1936 – 2015) vəfat edib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.

 

28 noyabr 1852 – Şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 – 1852) vəfat edib. Gəncədə doğulub, 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib.

28 noyabr 1907 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842-1907) vəfat edib. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub.

28 noyabr 1933 – Əməkdar artist, vokal ifaçısı Adil İbrahim oğlu Məlikov (1933 – 19.5.2009) Astara rayonunda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub.

28 noyabr 1939 – Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova (1939 – 17.7.2022) anadan olub. Müxtəlif janrlarda əsərlərin (“Vətən şəhidləri” kantatası, “Əhvali-ruhiyyələr”, “Azərbaycan təranələri” və s.) müəllifidir.

28 noyabr 1940 – Tanınmış şair, aşıq Alqayıt Bayram oğlu Xəlilov (1940 – 12.1.2013) Qərbi Azərbaycanda (Ermənistan SSR) – Göyçə mahalının Daşkənd kəndində anadan olub.

28 noyabr 1943 – Əməkdar rəssam Rafael Abbas oğlu Abbasov (1943 – 3.12.2020) Bakıda anadan olub. Portretlər, süjetli tablolar, natürmortlar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir.

28 noyabr 2009 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (10.6.1933 – 2009) vəfat edib. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir.

28 noyabr 2018 – UNESCO Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında (Port Luis, Mavriki) Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyası UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı təşkilatın Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb.

 

29 noyabr 1920 – Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: “Leyli və Məcnun məktəbdə”, “Şairə Məhsətinin portreti” və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.

29 noyabr 1928 – Azərbaycanın, SSRİ-nin və Rusiya Federasiyasının Xalq rəssamı Tahir Teymur oğlu Salahov (1928 – 21.5.2021) Bakıda doğulub. SSRİ Dövlət mükafatına, Azərbaycanın və  Rusiyanın Dövlət mükafatlarına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi (1973-1992) olub. Məşhur əsərləri: “Bəstəkar Qara Qarayevin portreti”, “Təmirçilər”, “Şəhər eşelonu” və s. Azərbaycanın ən ali təltifi olan “Heydər Əliyev” ordeninə (2008) layiq görülüb.

29 noyabr 1947 – Tanınmış jurnalist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov; 1947-2020) Göyçay rayonunda doğulub. 1974-cü ildə İsrailə, oradan ABŞ-a köçüb. 1990-cı ilin 20 Yanvar faciəsi barədə “Azadlıq” radiosunda dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub.

29 noyabr 1994 – Əməkdar incəsənət xadimi, rəssam Kamal Əhməd oğlu Əhmədov (28.2.1940 – 1994) vəfat edib.

29 noyabr 2009 – Əməkdar artist Firdovsi Qiyas oğlu Naibov (22.4.1935 – 2009) vəfat edib. Akademik Milli Dram, Gənc Tamaşaçılar teatrlarının aktyor olub.

29 noyabr 2010 – Xalq artisti, diktor Fatma Ağacabbar qızı Cabbarova (7.11.1920 – 2010) vəfat edib. Azərbaycanın ilk radio diktorlarından olub.

 

Dünya

 

26 noyabr 1857 – Məşhur isveçrəli dilçi alim, semiologiya və struktur linqvistikasının banisi Ferdinand de Sossyur (Ferdinand de Saussure; 1857–1913) anadan olub.

26 noyabr 1909 – Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene İonesco; 1909–1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.

 

27 noyabr 1940 – Çin (Honkonq) aktyoru, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee; 1940–1973) anadan olub.

27 noyabr 1942 – Amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix – James Marshall Hendrix; 1942–1970) anadan olub.

27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O’Neill; 16.10.1888 – 1953) vəfat edib.

 

28 noyabr 1757 – İngilis şairi və rəssamı Vilyam Bleyk (William Blake; 1757–1827) anadan olub.

28 noyabr 1820 – Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820–1895) anadan olub.

28 noyabr 1829 – Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829–1894) anadan olub.

28 noyabr 1881 – Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig; 1881–1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.

 

29 noyabr 1906 – Məşhur kinooperator, sənədli filmlər rejissoru, SSRİ Xalq artisti  Roman Lazareviç Karmen (1906–1978) Odessada anadan olub. “Xəzər neftçiləri haqqında povest” sənədli filminə görə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Hazırladı: V.Orxan