Noyabrın 25-də Nizami Kino Mərkəzində "Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçiriləcək.

Tədbirdə Qarabağ müharibəsində şəhid olmuş üç Milli Qəhrəman haqqında qadın rejissorların çəkdikləri sənədli filmlər nümayiş olunacaq.

Proqrama Milli Qəhrəman Cəlil Səfərov haqqında “Oğlumun gündəliyi” (rejissor Elnaz Əbluc), Milli Qəhrəman Səfa Axundova həsr olunan “Göylərə bağlı Səfa” (rejissor Zülfiyyə Abdullayeva) və Milli Qəhrəman Niyazi Aslanov haqqında “Mən sizinləyəm” (rejissor Kəmalə Mirzəyeva) sənədli filmləri daxildir.

Filmlər Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” layihəsi çərçivəsində hazırlanıb.