Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanasında Sumqayıta şəhər statusunun verilməsinin (22 noyabr 1949-cu il) 73 illiyi münasibətilə tədbir keçirilib.

“Sumqayıt: arzuların şəhəri” adlı tədbirdə kitabxananın əməkdaşları Sevda Məhəmmədova və Təranə Tapdıq çıxış edərək Sumqayıtın tarixi, inkişaf yolu və bu günü haqqında maraqlı faktları diqqətə çatdırıblar.

Sonra Sumqayıta həsr olunan şeirlər səsləndirilib. Sumqayıt şəhər MKS-nin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Axundzadə kitabxananın tarixindən söz açıb, şəhərin həyatında kitabxanaçı əməyinin də danılmaz olduğunu qeyd edib, tədbir iştirakçılarına təşəkkürünü bildirib.